Azərbaycan mayda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

Azərbaycan mayda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

27 İyun 2025

Bu ilin may ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (79,25 MB/S) görə aprel ayına nisbətən 1 pillə irəliləyərək 153 ölkə arasında 87-ci olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (39,48 MB/S) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 2 dəfə artıb.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (372,02 MB/S), axırıncı yeri isə Suriya (3,19 MB/S) tutub.

Azərbaycan mayda mobil internetin sürətinə görə isə aprel ayına nisbətən 2 pillə geriləyərək 73,83 MB/S sürətlə 103 ölkə arasında 57-ci olub.

Mobil internetin sürətinə görə birinci yeri BƏƏ (539,84 MB/S), sonuncu yeri isə Boliviya (13,45 MB/S) tutub.

Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 1 pillə geriləyərək 196 şəhər arasında 78,86 MB/S sürətlə 115-ci yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Lion (349,44 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (2,36 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 1 pillə geriləyərək 90,88 MB/S sürətlə 148 şəhər arasında 84-cü olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (594,88 MB/S), sonuncu yeri La Paz (Boliviya) (10,12 MB/S) tutub.