Naxçıvanda istehlakçılara 2,3 milyon manat ƏDV məbləği geri qaytarılıb

Naxçıvanda istehlakçılara 2,3 milyon manat ƏDV məbləği geri qaytarılıb

15 Yanvar 2025

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 2024-cü il ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 404,5 milyon manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 164,5 milyon manat və ya 1,7 dəfə çoxdur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, indiyədək Naxçıvan MR-də “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 2,3 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb. 2024-cü ildə istehlakçılara qaytarılan məbləğ əvəlki ilə nisbətən 68 faiz artaraq 1,4 milyon manatdan  çox olub.