Naxçıvanda qeyri-dövlət sektorundan vergi daxilolmaları 22,3 faiz artıb
2026-cı ilin yanvar ayında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 17,6 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7,3 faiz və ya 1,2 milyon manat çoxdur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qeyri-dövlət sektorundan daxilolmalar 13,7 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 2,5 milyon manat və ya 22,3 faiz artıb.
Ödənilən vergilərin 77,8 faizi qeyri-dövlət sektorunun, 22,2 faizi isə dövlət sektorunun payına düşüb.
Bundan başqa, 2026-cı ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artaraq 235,9 min manat olub








