Naxçıvanda vergi daxilolmaları 10 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 210,7 milyon manat vergi daxil olub.
"NAXÇIVANXƏBƏRLƏRİ"quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 10,1 % çoxdur.
Ötən 9 ayda muxtar respublikada qeyri-dövlət sektorundan daxilolmalar 150,2 milyon manat təşkil edib. İllik müqayisədə bu sektordan vergi daxilolmaları 17,1 % çox olub.
Hesabat dövründə Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 5,9 % artaraq 3,5 milyon manat olub.








