Naxçıvanda “Xalq Teatrları Festivalı - 2025” keçirilir -

Naxçıvanda “Xalq Teatrları Festivalı - 2025” keçirilir - FOTO

11 İyun 2025

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təçkilatçılığı ilə bölgə xalq teatrları hazırladığı sevilən tamaşaları ilə teatrsevənlərin görüşünə gəlir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Dövlət Milli Dram Teatrnda Şahbuz Rayon Xalq teatrının  Sahib  İbrahimlinin  "Sadığın toyu" komediyası  əsasında  hazırladığı  tamaşasını teatrsevərlərə  təqdim  edib.   

Şahbuz  Rayon   Xalq  teatrının rejissoru Emin Hüseynovun quruluş verdiyi səhnə əsərinin quruluşçu  rəssamı  Səxavət Paşayev ,musiqi tərtibatçısı Muxtar Bağırovdur. 

Tamaşada  rolları  Emin Hüseynov ,İlahə  Səfiyeva, Səadət  Abdinova, Elbəyi  Qəhrəmanov, Alməmmədova Zərifə ,Səfər  Həziyev,  Allahverdi Yolçuyev, Hacıyev  Afiyəddin ,Vahid  Məlikov, İlham Bağırov, Tahir  Əsgərov  Əkrəm  Baxşəliyev  canlandırıblar .                                                              

Qeyd  edək ki ,səhnə  əsəri  ailə- məişət mövzusunda  yazılmış  komediyadır.  Əsərdə kasıb  kəndli  Cəfər  kişinin  oğlu  Sadığa  toy etmək  üçün  ailədə  baş  verən  gülməli  və düşündürücü  hadisələr  təsvir  olunur.  Əsər ailə  üzvləri  arasındakı  maddi  maraqları, ailədaxili  ziddiyyətləri  və  kənd  həyatının  real mənzərəsini , ailə qurmaq  ətrafında  baş  verən gülməli və tənqidi  situasiyalar,  toy hazırlıqlarında üzə  çıxan  riyakar  münasibətlər və pulun, marağın  önə  çıxması  kimi məsələlərdir. Komediyada  toy - sevgi və səadət rəmzi  olmaqdan  çıxaraq,  şöhrətpərəstlik, təmtəraq,  təzyiq  və  qarışıq  maraqların  oyunu kimi  təqdim  olunur.  

Naxçıvan Muxtar Respublikasının mədəniyyət müəssisələrinin əməkdaşlarının, şəhər ictimaiyyətinin izlədiyi tamaşa alqışlarla  qarşılanıb.