Ramilə Seyidova Şahbuzda vətəndaşlarla görüş keçirib -

Ramilə Seyidova Şahbuzda vətəndaşlarla görüş keçirib - FOTO

23 İyun 2025

İyunun 23-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Şahbuz rayonunda vətəndaşlarla görüş keçirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdən əvvəl Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rafael Babayev və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri qoyublar.

Görüş zamanı Komitə sədri vətəndaşların müraciətlərini ayrı-ayrılıqda dinləyib. Müraciətlər əsasən işlə təmin olunma, mənzil məsələsi, nəvə ilə görüş hüququnun təmin olunması və digər məsələlərlə bağlı olubdur.

Görüşdə vətəndaşlara qanunvericilik çərçivəsində hüquqi izahatlar verilib, Komitənin səlahiyyətləri daxilində olan müraciətlər nəzarətə götürülüb və protokollaşdırılması təmin edilibdir.