Naxçıvanda yağıntılı hava şəraiti müşahidə olunub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin 13 may 2026-cı il tarixinə təqdim etdiyi məlumata əsasən, Naxçıvan Muxtar Respublikasının əksər rayonlarında yağıntı qeydə alınıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hidrometeoroloji stansiyaların müşahidələrinə görə, ən çox yağıntı Sədərək rayonunda 7 mm olmaqla düşüb. Naxçıvan şəhəri və Parağaçay Qar Uçqunu Stansiyasında 6 mm, Şərurda 5 mm, Şahbuzda 4 mm, Culfa və Kəngərlidə 2 mm, Ordubadda isə 0,4 mm yağıntı müşahidə olunub.
Meteoroloji məntəqələr üzrə isə ən yüksək göstərici Biçənək və Axura kəndlərində qeydə alınıb. Hər iki məntəqədə 8 mm yağıntı düşüb. Göydərədə 7 mm, Küküdə isə 6 mm yağıntı qeydə alınıb.
Hidrometeorologiya Mərkəzinin məlumatına görə, yağıntılı hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir.
Müşahidə olunan yağıntılar bölgədə hava şəraitinin qeyri-sabit keçdiyini göstərir. Hidrometeorologiya Mərkəzi tərəfindən meteoroloji müşahidələr davam etdirilir.








