Naxçıvanda yanvarın 6-na olan hava proqnozu

Naxçıvanda yanvarın 6-na olan hava proqnozu

06 Yanvar 2025

Naxçıvan Muxtar Respublikasında yanvarın 6-na gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, muxtar respublika ərazisində hava şəraitinin əsasən arabir yağmurlu keçəcəyi, dumanlı olacağı və bəzi dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Həmin gün qərb küləyinin sürətinin saniyədə 5-10 metr olacağı, bəzi saatlarda isə küləyin sürətinin artacağı ehtimal edilir. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz isə 3-8° isti arasında dəyişəcəyi proqnozlaşdırılır.