
Naxçıvanda yeni tədris ilində birinci siniflərə 3700-dən artıq uşaq qəbul olunacaq
Bu il Naxçıvan Muxtar Respublikasında birinci sinifə 3700-dən artıq, məktəbəqədər hazırlıq qruplarına isə 3000-ə yaxın uşaq qəbul ediləcək.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Təhsil Nazirliyinin aparatının Analitik Təhlil və Statistika sektorunun müdiri Məmməd Bayramov məlumat verib.
Onun sözlərinə görə, məktəbəqədər hazırlıq qruplarında 1400-dən çox qız, 1600-ə yaxın oğlan, birinci siniflərdə isə 2000-dən çox oğlan və 1800-ə yaxın qız təhsil alacaq.
"Muxtar Respublikada cari tədris ilində ümumilikdə 51 mindən artıq şagird təhsilini davam etdirəcək", - deyə Məmməd Bayramov bildirib.
Müsahibəni hazırladı:
Nəzrin Abbaslı