
Naxçıvanda yük və sərnişin daşınması 1 % artıb
Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 2,9 milyon ton yük, 19,1 milyon sərnişin daşınıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,1 % və 0,9 % çoxdur.