
Naxçıvanın Baby Luxe yerli uşaq bezi markası sərgidə nümayiş olundu - FOTO
18-21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”ndə Naxçıvanda istehsal olan uşaq bezi markası Baby Luxe də iştirak edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təxminən 1 ilə yaxındır ki, Naxçıvanda istehsalına başlanan Baby Luxe sərgidə iştirak edərək Azərbaycanın digər regionlarında da məhsullarını nümayiş etdirmək fürsəti qazanıb.
Şirkətin nümayəndələrinin bildirdiyinə görə, Baby Luxe markasının əsas prioriteti əhalini yüksək keyfiyyətli yerli məhsullarla təmin etməkdir. Sərgi çərçivəsində təqdim olunan məhsullar ziyarətçilər tərəfindən maraqla qarşılanıb və yerli istehsala olan etimadın artdığı bir daha müşahidə olunub.