Naxçıvanda yük və sərnişin daşınması artıb

Naxçıvanda yük və sərnişin daşınması artıb

18 İyul 2026

Naxçıvanda yük və sərnişin daşınması artıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-iyun aylarında muxtar respublikada nəqliyyat sektoru üzrə 3 milyon 539 min 400 ton yük və 23 milyon 457 min 500 sərnişin daşınıb.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,1 faiz, sərnişin daşınması isə 0,9 faiz artıb.