Naxçıvanda yeni nəsil NKA dövriyyəsi 27,3% artıb

Naxçıvanda yeni nəsil NKA dövriyyəsi 27,3% artıb

17 İyul 2026

Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki,  1 iyul 2026-cı il tarixə MR-də qeydiyyatda olan onlayn NKA-ların sayı 3.372 ədəd olub.

Yeni nəsil NKA-lardan istifadənin genişləndirilməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2026-cı ilin yanvar – iyun aylarında Naxçıvanda belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 291,5 milyon manatdan artıq olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 62,6 milyon manat və ya 27,3 faiz çoxdur.