Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Milli Qurtuluş Günü qeyd olunub - FOTO
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində 15 iyun- Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə müasir Azərbaycan tarixində mühüm yer tutan, ölkənin inkişaf yolunun müəyyənləşdirilməsində xüsusi rol oynayan Milli Qurtuluş Gününün əhəmiyyətindən bəhs olunub.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, eləcə də Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərə həsr olunan videoçarx nümayiş etdirilib.











