Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq

Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq

12 Sentyabr 2025

Babək, Əlincə, Əliqulu Qəmküsar məhəllələri, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar sentyabrın 12-i saat 10:00-da bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ" -nə verilən məlumata əsasən, işlər gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.