Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşüb

14 Sentyabr 2025

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə XİN-in Mətbuat Xidmətindən bildirib. 

Səfər çərçivəsində nazirin 14-15 sentyabrda Doha şəhərində keçiriləcək Fövqəladə Ərəb-İslam Sammitində iştirak və çıxışı, habelə yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.