Yeni tədris ilində ilk dərs "Konstitusiya və Suverenlik İli"nə həsr olunacaq

Yeni tədris ilində ilk dərs "Konstitusiya və Suverenlik İli"nə həsr olunacaq

13 Sentyabr 2025

2025-2026-cı tədris ilində ümumi təhsil müəssisələrinin II–XI siniflərində ilk dərs "Konstitusiya və Suverenlik İli" mövzusuna həsr olunacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. 

Qeyd edək ki, sentyabrın 15-də təxminən 2,2 milyon təhsilalan təhsilin müxtəlif pillələri üzrə yeni tədris ilinə başlayacaq.