Seyidbəyli kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub -

Seyidbəyli kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB

13 Sentyabr 2025

Xocalı rayonu Seyidbəyli kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Seyidbəyli kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

ANAMA əməkdaşları sakinlərə mina təhlükəsizlik qaydaları barədə məlumat veriblər. Yenidən qurulan və bərpa edilən evlərdə əhalinin normal yaşayışın təmin etmək üçün müasir tələblərə cavab verən hər cür şərait yaradılıb.

Doğma yurduna dönən ailələr, yaradılan şəraitə görə ölkə başçısı İlham Əliyev və Mehriban Əliyevaya dərin təşəkkür və minnətdarlıqlarını ifadə edib, şəhidləri hörmətlə anıblar.

Qeyd edək ki, Seyidbəyli kəndinə ilk mərhələdə 30 nəfərdən ibarət 9 ailə köçürülüb.