
Bəxtiyar Məmmədov Kürşad Zorlu ilə görüşüb - FOTO
Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin Naxçıvan dövrü siyasi fəaliyyətinin önəmi vurğulandı, bu gün Azərbaycan və Türkiyə Respublikası Prezidentlərinin birgə səyləri ilə ölkələrimiz arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi diqqətə çatdırıldı, Zəngəzur dəhlizinin açılması perspektivində Naxçıvanın bu əlaqələrdəki əhəmiyyəti qeyd olundu.