8 ayda 65 mindən çox şəxsə doğum müavinəti verilib

8 ayda 65 mindən çox şəxsə doğum müavinəti verilib

12 Sentyabr 2025

2025-ci ilin yanvar-avqust ayları ərzində 65 min 191 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. 

Belə ki, müavinət ödənişləri 30 min 629 nəfər qız, 34 min 562 nəfər oğlan uşağına görə aparılıb.