
Göyçayda Birinci Qarabağ müharibəsinin itkin şəhidi Ayaz Zərbəliyev dəfn olunub
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan Ayaz Əsgəralı oğlu Zərbəliyev dəfn edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Göyçay şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılıb.