
Naxçıvanda bank əmanətləri artıb
2025-ci il avqust ayının 1-nə olan məlumata görə, Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 54,4 faiz artaraq 32 milyon 752 min manat təşkil edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əmanətlərin 93,2 faizi milli valyutada, 6,8 faizi isə xarici valyutada yerləşdirilib. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 51,2 faiz, xarici valyutada qoyulan əmanətlər isə 2,2 dəfə artıb.