
Naxçıvanda sənaye məhsulu istehsalı 19,1 faiz artıb
Cari ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 343 milyon 6 min 900 manat dəyərində sənaye məhsulu istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,1 faiz çoxdur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, istehsal olunmuş sənaye məhsulunun 281 milyon 174 min 400 manatı (82,0 faizi) malların, 61 milyon 832 min 500 manatı (18,0 faizi) isə xidmətlərin payına düşüb.
Sənaye məhsullarının sahələr üzrə bölgüsü belədir:
0,1 faiz – mədənçıxarma sənayesi,
76,6 faiz – emal sənayesi,
20,4 faiz – elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı,
2,9 faiz – su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoru.