
Naxçıvanda faktiki hava şəraiti
Sentyabrın 11-i saat 17:00-a olan məlumata əsasən, muxtar respublikanın bəzi ərazilərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bir sıra bölgələrdə qərb küləyi əsir, küləyin maksimal sürəti arabir 20 m/s-ə çatır.
Naxçıvan şəhərində isə leysan xarakterli yağış yağır, ara-sıra şimşək çaxır.
Saat 16:30 radələrində şəhər ərazisinə diametri 6 millimetr olan dolu düşüb.