
Naxçıvanda bədbəxt hadisə baş verib
Naxçıvan şəhərinin Tağıyev küçəsi, ev 10 ünvanında bədbəxt hadisə qeydə alınıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əsən güclü külək nəticəsində dam örtüyündən qopan şifer parçası 1957-ci il təvəllüdlü Abbasova Zenfira Cəlil qızının başına düşüb.
Zərərçəkən dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.