
Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl və Kəlbəcərdə 11 məktəbin fəaliyyətə başlaması planlaşdırılır
Növbəti tədris ilindən Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl və Kəlbəcərdə 11 ümumitəhsil müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə deyib.
O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda 14 məktəb fəaliyyət göstərir: "Həmin məktəblərdə 2 min 807 şagird, 334 heyət üzvü var".