
Naxçıvanda hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
Avqustun 21-22-də Naxçıvan Muxtar Respublikası ərazisində hava şəraitinin dəyişəcəyi proqnozlaşdırılır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bəzi yerlərdə qərb küləyinin sürəti 5-10 m/san olacaq, arabir isə 15-20 m/san-dək güclənəcək. Gündüz saatlarında dağətəyi ərazilərdə qısamüddətli leysan xarakterli yağıntılar gözlənilir, həmçinin dolu düşəcəyi ehtimal olunur.
Havanın temperaturunun ötən günlərlə müqayisədə 3-5°С aşağı enəcəyi bildirilir.