
Naxçıvanda ixracın həcmi 24,5 faiz artıb
Cari ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 79 milyon 628 min 160 ABŞ dolları təşkil edib. Bu göstəricinin 9 milyon 72 min 880 dolları və ya 11,4 faizi ixracın, 70 milyon 555 min 280 dolları və ya 88,6 faizi isə idxalın payına düşüb.
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 8,7 faiz azalıb. İdxalda 11,7 faiz azalma qeydə alınsa da, ixrac 24,5 faiz artıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu nəticələr muxtar respublikanın ixrac potensialının gücləndiyini, eyni zamanda idxaldan asılılığın müəyyən qədər azaldığını göstərir.