Naxçıvanda maliyyələşdirilən sahibkarlıq layihələrinin sayı 51 artıb

Naxçıvanda maliyyələşdirilən sahibkarlıq layihələrinin sayı 51 artıb

28 Oktyabr 2026

Cari ilin yanvar–sentyabr ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara ümumilikdə 6 milyon manat güzəştli maliyyə dəstəyi göstərilib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu vəsait 172 layihənin maliyyələşdirilməsinə yönəldilib. Ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 50,9 faiz artıb.

Maliyyələşdirilmiş layihələrin 91,3 faizi, güzəştli kredit məbləğinin isə 64,2 faizi muxtar respublikanın rayon və kəndlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.