
Komitədə görüş keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Zəfər yolunun davamçıları” adlı “Yay düşərgəsi”nə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 5 şəhid övladı, 1 təkvalideynli olmaqla 6 uşaq, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 1 əməkdaşı və "Azərbaycan Uşaqlarının İnkişaf Platforması" İctimai Birliyinin sədr müavini olan təlimçidən ibarət iştirakçılarla görüş keçirib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı qonaqları salamlayan Komitə sədri R. Seyidova Komitənin fəaliyyəti və həyata keçirilən tədbirlər barədə məlumat verib. Həmçinin Komitə sədri muxtar respublikada həyata keçirilən dövlət uşaq siyasətindən, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən qayğı barədə ətraflı məlumat verilib.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Bahar Həsənli çıxış edərək göstərilən diqqət və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Naxçıvandan xoş təəssüratlarla ayrıldığını qeyd edib.
Düşərgədə iştirak edən təlimçi Misir Məmmədov çıxış edərək Naxçıvan haqqında xoş təəssüratlarını bölüşüb, düşərgədə keçirdiyi maraqlı və əyləncəli günlərdən danışıb.
Uşaqlar ayrı-ayrılıqda çıxış edərək düşərgədə 3 gün ərzində qazandıqları təəssüratlarını bölüşüb, orada keçirdikləri hər anın onlar üçün dəyərli olduğunu vurğulayıblar.
Sonda Komitə sədri tərəfindən uşaqlara hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.