2026-cı ilin büdcə zərfinin Nazirlər Kabinetinə təqdim olunması üçün tapşırıqlar verilib

2026-cı ilin büdcə zərfinin Nazirlər Kabinetinə təqdim olunması üçün tapşırıqlar verilib

13 Sentyabr 2025

İqtisadi Şura 2026-cı ilin büdcə zərfinə daxil olan bütün sənəd və məlumatların Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nə Nazirlər Kabinetindən daxil olan məlumata əsasən, bununla bağlı qərar Azərbaycanın İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda qəbul edilib.

Məlumata görə, bundan sonra sənədlər Azərbaycan Prezidentinə təqdim ediləcək.