
Xocalının Seyidbəyli kəndinə ilk köç karvanı yola salınıb
"Böyük Qayıdış" proqramına uyğun olaraq, sentyabrın 13–də Xocalı rayonunun daha bir kəndinə əhalinin köç prosesi həyata keçirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, ilk mərhələdə Seyidbəyli kəndinə 9 ailədən ibarət 31 nəfər köçürülür.
Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.