Yeni tədris ili əlaqədar məktəblərə 40 minə yaxın kompüter verilib

Yeni tədris ili əlaqədar məktəblərə 40 minə yaxın kompüter verilib

12 Sentyabr 2025

Yeni tədris ili üçün məktəblərdə şagirdlərin istifadəsi üçün 40 minə yaxın kompüter verilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov  yeni tədris ilinə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, ilin sonuna kimi proses davam edəcək:

"Məqsəd hər 6 şagirdə bir kompüterin düşməsini təmin etməkdir".