İlham Əliyev: Son beş ilin tarixi Zəfər tarixidir

İlham Əliyev: Son beş ilin tarixi Zəfər tarixidir

14 Sentyabr 2025

Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu sözləri Prezident İlham Əliyev Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə söyləyib.

"Şadam ki, siz artıq öz doğma dədə-baba torpağınıza gəlmisiniz, yerləşmisiniz. Sizin üçün burada şərait yaradılıb, evlər tikilib, təmir edilib. Bütün şərait var - su, qaz, elektrik, istilik, məktəb, tibb məntəqəsi, yollar. Ən önəmlisi bura doğma Qarabağ diyarıdır", - deyə dövlətimizin başçısı əlavə edib.