Naxçıvanın üç energetiki “Tərəqqi” medalı ilə təltif edilib
Prezident İlham Əliyev Azərbaycan energetiklərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
“NAXÇIVANXƏBƏRLƏRİ” məlumat verir ki, Sərəncama əsasən, energetika sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə bir sıra şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər.
Təltif olunanlar arasında Naxçıvanda fəaliyyət göstərən energetiklər də var.
Belə ki, “Azərenerji” ASC-nin “Naxçıvan Enerji” MMC-nin direktoru Məhərrəm Hüseyn oğlu Abbasov, Naxçıvan Modul Elektrik Stansiyasının rəisi Səlami Ağəli oğlu Mütəlov və Azərişıq ASC-nin Naxçıvan RETSİ-nin mühəndisi İsmayılov Sərdar Əsgər oğlu “Tərəqqi” medalına layiq görülüblər.









