Ombudsmanın Naxçıvan Regional Mərkəzi yaradılıb, rəhbər təyin olunub

Ombudsmanın Naxçıvan Regional Mərkəzi yaradılıb, rəhbər təyin olunub

19 Oktyabr 2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Naxçıvan Regional Mərkəzi yaradılıb və fəaliyyətə başlayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Qasım Bayramov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Naxçıvan Regional Mərkəzinə rəhbər təyin edilib.

Qasım Bayramov bundan əvvəl Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri vəzifəsində çalışıb.

Regional Mərkəzin yaradılmasında məqsəd insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətin daha da gücləndirilməsi, vətəndaşların hüquqlarının müdafiəsi imkanlarının genişləndirilməsi və müraciətlərə baxılması işinin əlçatanlığının artırılmasıdır.

Mərkəz Naxçıvanda insan hüquqlarının müdafiəsi, vətəndaş müraciətlərinin araşdırılması və hüquq pozuntularının qarşısının alınması istiqamətində fəaliyyət göstərəcək.