Naxçıvanlı şair Nicat Ərtürkdən yaradıcılıq uğuru

Naxçıvanlı şair Nicat Ərtürkdən yaradıcılıq uğuru

23 Avqust 2026

Naxçıvanlı gənc şair Nicat Ərtürk poetik yaradıcılığı ilə ölkə hüdudlarından kənarda da diqqət çəkir.

Onun yaradıcılığına həsr olunmuş beynəlxalq konfranslarda Azərbaycanın tanınmış alim və ziyalıları məruzələrlə çıxış edərək elmi və ədəbi müzakirələr aparıblar. Akademik, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Əbülfəz Quliyev, pedaqogika elmləri doktorları, professorlar, Azərbaycan Respublikasının Əməkdar müəllimləri Akif Abbasov və Kamal Camalov, pedaqogika elmləri doktoru, professor Hikmət Əlizadə, filologiya elmləri doktoru, professor Yusif Səfərov, filologiya elmləri doktoru Aybəniz Həşimova, eləcə də jurnalist, tədqiqatçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Zaur Ustac həmin beynəlxalq elmi tədbirlərdə Nicat Ərtürkün poetik yaradıcılığı ilə bağlı məruzələrlə çıxış ediblər.

Keçirilən beynəlxalq konfranslarda Nicat Ərtürkün yaradıcılığı ilə bağlı təqdim olunan məruzələr nəticəsində Azərbaycana ümumilikdə yeddi beynəlxalq sertifikat qazandırılıb.

Naxçıvanlı gənc şairin yaradıcılığının beynəlxalq elmi və ədəbi mühitdə diqqətə layiq görülməsi onun yaradıcılıq fəaliyyətinin mühüm göstəricilərindən biri kimi qiymətləndirilir.

Bu əlamətdar hadisə münasibətilə Nicat Ərtürkü təbrik edir, ona yaradıcılıq fəaliyyətində yeni uğurlar, tükənməz ilham və beynəlxalq səviyyədə daha böyük nailiyyətlər arzulayırıq.