Naxçıvanda incəsənət məktəblərinə I sinif qəbulu uzadıldı

Naxçıvanda incəsənət məktəblərinə I sinif qəbulu uzadıldı

13 Avqust 2026

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən uşaq, musiqi və incəsənət məktəblərinə I sinif üzrə şagird qəbulu müsabiqəsinin nəticələri ilə bağlı sənəd qəbulu müddəti uzadılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müsabiqədə qəbul olunan namizədlər tələb olunan sənədləri avqustun 23-dək “MyCulture” şəxsi kabinetində müvafiq bölməyə yükləməklə qəbulunu təsdiqləməlidirlər.

Namizədlərin müəyyən edilmiş müddət ərzində sənədləri təqdim etmələri tələb olunur.