Azərbaycan gömrükçüləri 17 ədəd mobil telefon aşkar edib

Azərbaycan gömrükçüləri 17 ədəd mobil telefon aşkar edib

13 Avqust 2026

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində gömrük orqanına bəyan edilməyən 17 ədəd mobil telefon, xeyli sayda mobil telefon ehtiyat hissələri və aksesuarları aşkar edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "NAXÇIVANXƏBƏRLƏRİ" -nə verilən məlumata əsasən İstanbul-Bakı aviareysi ilə gələn ölkə vətəndaşının çamadanına gömrük yoxlaması tətbiq edilib. Yoxlama zamanı çamadandan gömrük orqanına bəyan edilməyən müxtəlif parametrlərə malik ümumilikdə, 17 ədəd "Iphone" markalı mobil telefon, müxtəlif markalı mobil telefonlara aid 190 ədəd ekran və aksesuarlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.