Azərbaycan XİN mina partlayışları ilə bağlı paylaşım edib

Azərbaycan XİN mina partlayışları ilə bağlı paylaşım edib

13 Avqust 2026

Azərbaycan Xarici İşlər Nazirliyi mina partlayışları ilə bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, paylaşımda Azərbaycanda son iki gün ərzində iki mina partlaytışının baş verməsi qabardılıb.

"Ardıcıl iki gün. İki mina partlayışı. Üç mülki şəxs yaralanıb", - paylaşımda bildirilib.

Qeyd olunub ki, 2020-ci il müharibəsinin sonundan bəri Azərbaycanda 436 nəfər minaların qurbanı olub:

"Bu faciəvi hadisələr münaqişənin ölümcül mirasının həyatları təhdid etməyə, yenidənqurma işlərini ləngitməyə və məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləməyə davam etdiyini bariz şəkildə xatırladır".

Xatırladaq ki, avqustun 12-də Xocavənddə 13-də isə Kəlbəcərdə mina partalayışı baş verib.

https://x.com/AzerbaijanMFA/status/2087959858721304818