Naxçıvanda 322 milyon manatlıq sənaye məhsulu istehsal olunub
Cari ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 322 milyon 7 min 900 manatlıq sənaye məhsulu istehsal edilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur.
İstehsal olunan sənaye məhsulunun 284 milyon 967 min 300 manatı və ya 88,5 faizi malların, 37 milyon 40 min 600 manatı və ya 11,5 faizi isə xidmətlərin payına düşüb.
Ümumi sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 83,2 faizi emal, 15,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.








