NDU-da 2026–2027-ci tədris ili üçün yeni ixtisaslar açılır

NDU-da 2026–2027-ci tədris ili üçün yeni ixtisaslar açılır

01 İyul 2026

2026/2027-ci tədris ilindən etibarən Naxçıvan Dövlət Universitetində əmək bazarının müasir tələblərinə uyğun olaraq bir sıra yeni ixtisaslar üzrə tələbə qəbulu həyata keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu ixtisaslar təhsil sistemində innovativ yanaşmaların gücləndirilməsi, elmi-texniki inkişafın dəstəklənməsi və müasir kadr hazırlığının təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Müasir dövrdə kimya sənayesi, informasiya texnologiyaları, təhsil, dil və turizm sahələrində sürətli inkişaf ixtisaslı mütəxəssislərə olan tələbatı artırır. Bu baxımdan universitetdə yeni ixtisasların yaradılması həm regional inkişafın dəstəklənməsi, həm də qlobal əmək bazarına uyğun kadr hazırlığı məqsədi daşıyır.