Tramp: İranla danışıqlar çox yaxşı keçir

Tramp: İranla danışıqlar çox yaxşı keçir

01 İyul 2026

İranla danışıqlar çox yaxşı inkişaf edir.

"NAXÇIVANXƏBƏRLƏRİ" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı Endryus bazasında jurnalistlərə bildirib.

O, danışıqların gedişini yüksək qiymətləndirərək onları "çox yaxşı görüşlər" adlandırıb. Trampın sözlərinə görə, İran davam edən dialoq çərçivəsində uzun yol qət edib: "Ötən həftə biz onlara çox güclü zərbə endirdik".

Danışıqların əsas məsələsindən danışarkən Tramp vurğulayıb ki, İran nüvə silahına malik olmamalıdır: "Bu, çox sadə məsələdir və İran nüvə silahına malik ola bilməz".