Notariat nədir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Notariat nədir?
Cavab: Azərbaycan Respublikasında notariat dedikdə Notariat haqqında Qanunla nəzərdə tutulmuş hüquqi hərəkətləri (bundan sonra notariat hərəkətləri) aparmağa müvəkkil edilmiş şəxslər birlikdə başa düşülür.
Azərbaycan Respublikasında rəsmi və doğru sənədlərin tərtibi üçün hüquqların, hüquqi əhəmiyyətli faktların təsdiqi və digər notariat hərəkətlərinin aparılması notariat fəaliyyətinə məxsusdur və belə fəaliyyət yalnız Notariat haqqında Qanunla müəyyən edilmiş qaydada və nəzərdə tutulmuş şəxslər tərəfindən həyata keçirilə bilər.
Ələt azad iqtisadi zonasında notariat fəaliyyəti “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








