Növbəti köç karvanı Ağalı kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB
Növbəti köç karvanı Zəngilan rayonunun Ağalı kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, açarların təqdim olunması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentinin xüsusi nümayəndəliyini təmsil edən şəxslər iştirak ediblər.








