
Ordubadın bütün kəndlərində qaz olmayacaq
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 219 mm-lik qaz borusunda yaranan çatın aradan qaldırılması məqsədilə fevralın 7-i saat 13:00-dan 16:00-dək Ordubad rayonunun bütün kəndlərində, həmçinin Culfa rayonunun Yaycı, Dizə, Gəl və Şurud kəndlərində qaz təchizatında müvəqqəti fasilə olacaq.
Təmir işləri tamamlandıqdan sonra qaz verilişi bərpa ediləcək.