“Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş məqalə müsabiqəsi elan edilir
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin nəşri olan “Bülleten”in 2025-ci ilin birinci nömrəsi üçün “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş “Ulu öndər Heydər Əliyev ilk milli konstitusiyamızın memarı və məhkəmə-hüquq islahatlarının banisidir” mövzusunda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən məhkəmə işçiləri arasında məqalə müsabiqəsi elan edir.
Təqdim olunmuş materiallar Müsabiqə komissiyası tərəfindən qiymətləndirilərək, qalib elan edilən məqalə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin nəşri olan “Bülleten”in 2025-ci ilin birinci nömrəsində dərc ediləcəkdir.
Qeyd edək ki, qalib üçün mükafat nəzərdə tutulub.
Müsabiqəyə dair şərtlər:
1. Məqalənin mövzusu: Ulu Öndər Heydər Əliyevin Azərbaycan Konstitusiyasının formalaşdırılması və məhkəmə-hüquq sistemindəki islahatları, eləcə də suverenlik və hüquqi dövlət anlayışları haqqında
2. Məqalənin həcmi: format A4, 9000-10000 söz
3. Yazı şrifti və ölçüsü: Arial, 12pt
4. Sətirlərarası interval: 1,5
5. Səhifənin parametrləri: hər tərəfdən 2 sm;
6. Müəllifin soyadı, adı və atasının adı qalın şriftlə 13 ölçüdə, təmsil etdiyi məhkəmənin adı kursivlə 11 ölçüdə, e-poçt ünvanı kursivlə 10 ölçüdə (səhifənin yuxarısında sağda)
7. Materialın başlığı qalın şriftlə böyük hərflərlə 14 ölçüdə ortada
8. Ədəbiyyat siyahısı əlifba sırası ilə olmalıdır və yalnız mətndə istinad olunan və artıq çap olunmuş əsərləri əhatə etməlidir. Mətndə istinadların verilməsi: İstinadlar mətndə kvadrat mötərizədən, məsələn, [1, səh. 25-35] istifadə etməklə verilir.
9. Təqdim edilən məqalə başqa jurnalda çap olunmamalıdır.
10. Məqalənin son təqdim edilmə tarixi: 31 may 2025-ci il
Məqalələr elektron formatda (word formatında) office@nsupremecourt.gov.az elektron poçt ünvanına göndərilməli, məqalə müəllifinin əlaqə məlumatları qeyd edilməlidir.
11. Qiymətləndirmə kriteriyaları:
- Məqalənin mövzuya uyğunluğu və aktuallığı
- Yaradıcı yanaşma və analitik təhlil
- Müvafiq hüquqi mənbələrdən istifadə
- Ulu Öndər Heydər Əliyevin məhkəmə-hüquq və konstitusiya islahatlarının dərin təhlili
- Məqalənin yazılış üslubu, aydınlıq və sistemlilik