Ötən il Naxçıvanda 4,2 milyon manatdan çox güzəştli kredit verilib
2024-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 38 layihənin maliyyələşdirilməsinə 4,2 milyon manatdan çox güzəştli şərtlərlə kredit verilib.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, güzəştli kreditlərin 73 faizi sənaye sektorunun, 21 faizi aqrar sektorun, 6 faizi xidmət sahələrinin inkişafına yönəldilib.