Sahibə Qafarova sərəncam imzalayıb

Sahibə Qafarova sərəncam imzalayıb

01 İyun 2026

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 1-dən qanunverici orqanın növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Qeyd edək ki, növbədənkənar sessiya 82 deputatın tələbi ilə Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən çağırılır.