
Şahin Mirzəyev Babək rayonunda vətəndaşları qəbul edəcək
İyulun 30-u saat 10:00-da Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev tərəfindən Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Babək rayon sakinlərinin qəbulu keçiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbula gələn vətəndaşların qeydiyyatı 29 iyul 2025-ci il tarixində saat 10:00-dan ehtibarən Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçiriləcək.
Qəbulda və qeydiyyatda iştirak edən vətəndaşların şəxsiyyət vəsiqələri və digər müvafiq sənədlərlə gəlmələri xahiş olunur.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.